Bu yazını kitabdan yox, yağlı əlcəklə yazıram.
20 ildən çoxdur kapot açıb-bağlayıram. Elə maşınlar var ki, liftdən qaldırmamış problemini deyir. Çünki maşın sıradan çıxmamışdan əvvəl sürücü səhv edir.
“Bu model problemlidir” deyənlərin çoxu öz səhvini görmür.
Eyni maşın biri ilə 300 min km gedir, digəri 80 mində dağılır.
Səbəb sadədir:
Soyuq mühərriki zorlayır
Yağı gec dəyişir
Xəbərdarlıq işığını örtür
“Heç nə olmaz” deyib sürür
Maşın ne görürsə, onu öyrənir.
Yağ məsələsində xəsislik baha başa gəlir.
Mühərrik bir gündə yox, vərdişlə ölür.
Debriyaj niyə tez bitir?
Yarım debriyaj
Təpədə pedalla saxlamaq
Ayağı pedaldan çəkməmək
Yeni maşınlar nazik deyil, sən kobud davranırsan.






