Bütün rəsmi sənədlər, o cümlədən faktura və müqavilə təmin olunur və proses hüquqi qaydalara tam uyğun həyata keçirilir
Müştəri ilə aramızda bağlanılan müqavilə, iş prosesini rəsmiləşdirən ilk addımdır. Bu müqavilə əsasında avtomobilin axtarışı, yoxlanışı və müştəri istəyinə əsasən alışı həyata keçirilir. Müqavilənin şərtləri ilə tanış olmaq üçün nümunə şəkillərə nəzər yetirə bilərsiniz və ya "Nümunəni Yüklə" düyməsinə klik edərək yükləyə bilərsiniz.
Nümunəni Yüklə
Avtomobilin alışı ilə bağlı satıcı ilə müqavilə imzalandıqdan sonra müştəriyə avtomobilin məlumat və qiymətini əks etdirən invoys göndərilir. İnvoys, müştərinin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya xarici pasport) əsasında tərtib edilir.
İnvoys əsasında istənilən banka yaxınlaşaraq ödənişi həyata keçirə bilərsiniz. Bankdan əldə etdiyiniz ödəniş tapşırığını bizə göndərdikdən sonra, 2-3 iş günü ərzində ödənişin bank hesabımıza daxil olması ilə bağlı məlumat alacaqsınız.
